Zabit Səmədovun vida döyüş gecəsi üçün çəkiölçmə mərasimi keçirildi - VİDEO
08.09.2022 - 22:56
Azərbaycanlı kikboksçu, K-1 növündə çıxış edən Zabit Səmədovun Bakıda keçiriləcək vida gecəsi üçün çəkiölçmə mərasimi keçirilib.
APA TV xəbər verir ki, mərasimdə idmançıların son çəkiləri tərəzi üzərində ölçülüb. Bundan sonra hər döyüş üzrə idmançılar "face-to-face" prosedurunu yerinə yetirib.
Qeyd edək ki, sentyabrın 10-da baş tutacaq son döyüş "Mauqli" ləqəbli Zabit Səmədovla braziliyalı Antonio Silva arasında olacaq. Səmədov bu yarışda çempion olacağı halda, Beynəlxalq Karate və Kikboksinq İdmanı Assosiasiyasının (ISKA) kəmərini qazanacaq.
- Azərbaycan Türk Dövlətləri Təşkilatının Bişkekdəki idman toplantısında təmsil olunub
- İdman dırmanması üzrə Azərbaycan çempionatı keçiriləcək
- Xəyal etdi, inandı, qazandı — “Sürətlə Yeni Mövsümə” lotereyasının "Changan Q07" qalibi danışdı - VİDEO
- Kamandan oxatma üzrə tarixi Superkubokun qalibləri müəyyənləşdi
- Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib
1
0