Zaur Hacı-Məhərrəmov "Ayntraxt" - "Atalanta" matçına təyinat alıb
17.11.2025 - 17:00
Peşəkar Futbol Liqasının icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan təyinat alıb.
Apasport.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçiriləcək "Ayntraxt" (Frankfurt, Almaniya) - "Atalanta" (İtaliya) oyununun UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, qarşılaşma noyabrın 26-da baş tutacaq.
0
0