Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilən "Sağlam məhəllə" layihəsi çərçivəsində növbəti idman zonaları iyulun 16-da Zərdab və Ucar şəhərlərində, iyulun 17-də isə Kürdəmirdə istifadəyə verilib.
Apasport.az xəbər verir ki "Sağlam məhəllə"də minifutbol və basketbol meydançaları, stolüstü tennis və şahmat guşələri, həmçinin açıq havada istifadə üçün trenajor qurğuları quraşdırılıb.
Açılış mərasimində iştirak edən gənclər və idman naziri Fərid Qayıbov idman qurğularında məşq edən uşaqlarla və məhəllə sakinləri ilə söhbət edib.
Qeyd edək ki, indiyədək ölkənin müxtəlif şəhər və rayonlarında ümumilikdə 25 "Sağlam məhəllə" layihəsi icra olunub.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib