“Zirə”nin məşqçisi: “Bizim günümüz deyildi”
07.04.2026 - 20:22
“Zirə”nin məşqçisi: “Bizim günümüz deyildi”

Misli Premyer Liqasının XXVI turunun "Zirə" - "Şamaxı" matçından (1:1) sonra ev sahiblərinin məşqçisi Vüqar Məmmədin mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, mütəxəssis oyun haqqında fikirlərini bölüşüb:

"Komandamız çoxsaylı epizodlarla üstünlük nümayiş etdirirdi. 90 dəqiqə üstünlüyümüz var idi. 4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik. Sonda bərabərlik oldu. Böyük üstünlük bizim tərəfimizdə idi". 

- "Neftçi" ilə xal fərqiniz 3-ə düşdü. Bu haqda fikriniz necədir? 
- Biz oyundan-oyuna hazırlaşırıq, hər matça maksimum köklənirik. Yuxarı pillələrdə yer tutmaq istəyirik. Futboldur, hər şey ola bilər.

- Penaltini Ruan Renato vurdu. Bəs Qismət Alıyev deyildi əsas penalti vuran? 
- Qismət və Ruan vurur. Son vaxtlarda Ruan vururdu. Yenə də o yaxınlaşdı. Penalti lotereyadır. Əlimizə düşən epizodları vura bilmədik. Demək olar ki, bizim günümüz deyildi.