ABL: II tura yekun vurulub
12.10.2025 - 22:48
ABL: II tura yekun vurulub

Azərbaycan Basketbol Liqasının II turuna yekun vurulub.

Apasport.az xəbər verir ki, günün ikinci oyununda "Naxçıvan" "Sumqayıt"la üz-üzə gəlib.

Qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 103:89.

Qeyd edək ki, günün ilk matçında "Sərhədçi" "Lənkəran"a 84:70 hesabı ilə qalib gəlmişdi.