“Abşeron Lions” Estoniya təmsilçisinə məğlub oldu
16.10.2025 - 22:15
“Abşeron Lions” Estoniya təmsilçisinə məğlub oldu

Bu gün daha bir təmsilçimiz FIBA Avropa Kubokunda mübarizəyə başlayıb.

Apasport.az xəbər verir ki, "Abşeron Lions" klubu Estoniya təmsilçisi "Kalev"i qəbul edib.

Qarşılaşma Bakı İdman Sarayında, saat 19:00-da start götürüb.

Oyun qonaqların 85-93 (21-32, 22-19, 17-22, 25-20) hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, I qrupunun ilk görüşündə Azərbaycanın "Neftçi" kollektivi Polşada "Trefl"ə uduzub - 63:92.