
Bu gün Bakı İdman Sarayında basketbol üzrə Azərbaycan Kubokunun püşkatma mərasimi baş tutub.
Apasport.az xəbər verir ki, 1/8 final mərhələsində "Abşeron"-"Quba", "Gəncə"-"Ordu", "Lənkəran"-NTD, "Sumqayıt"-"Neftçi" oyunları keçiriləcək.
28-29 yanvarda oynanılacaq 1/8 final cütlərində adları birinci qeyd olunmuş klublar ev sahibi olacaqlar
1/4 finalda isə "Abşeron"-"Quba" cütünün qalibi "Naxçıvan" ilə, "Gəncə"-"Ordu" cütünün qalibi "Sərhədçi" ilə, "Lənkəran"-NTD cütünün qalibi "Şəki" ilə, "Sumqayıt"-"Neftçi" cütünün qalibi isə "Sabah"la qarşılaşacaq.
Kubokun reqlamentinə görə, meydanda ən az 2 yerli basketbolçu olmalıdır. Bütün görüşlərin nəticələri bir oyuna görə təyin olunacaq.
Qeyd edək ki, 1/8 finaldan fərqli olaraq, 1/4 final, yarımfinal və final oyunları Bakıda baş tutacaq.
- "Neftçi"nin Avropa Kubokundakı rəqibləri bəlli olub
- Emin Əmrullayev Türkiyənin tanınmış basketbol klubunun prezidenti ilə görüşüb - FOTO
- Millimiz Küveyt yığmasına məğlub olub
- Qadınlardan ibarət 3x3 millimizin Avropa Kubokundakı rəqibləri bəlli olub
- 3x3 basketbol üzrə Dünya Qadın Seriyasında Sumqayıt mərhələsinin iştirakçıları bəlli olub