“LANDAU Lions” Portuqaliyada qələbə axtarışında
04.11.2026 - 11:01
“LANDAU Lions” basketbol komandası bu gün FIBA Avropa Kubokunda növbəti matçına çıxacaq.
Apasport.az xəbər verir ki, Erhan Tokerin rəhbərlik etdiyi kollektiv G qrupunun V turunda “Benfika” ilə qarşılaşacaq.
Lissabonda baş tutacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Qeyd edək ki, “LANDAU Lions” əvvəlki turda Türkiyənin “Denizli Basket” komandasını 94:86 hesabı ilə məğlub edib. Azərbaycan təmsilçisi bundan əvvəl Danimarkanın “Bakken Birs” (88:91), İsveçrənin “Lions de Geneve” (83:105) və Slovakiyanın “Prievidza” (84:108) kollektivlərinə məğlub olub.
- Alperendən 19 xal, "Hyuston"dan növbəti qələbə – NBA-da günün nəticələri
- “Neftçi” Yunanıstan klubuna qalib gəldi - YENİLƏNİB
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
0
0