Ələkbər Həsənov üçün son görüş
16.08.2025 - 13:53
Ələkbər Həsənov üçün son görüş

Beynəlxalq dərəcəli hakim Ələkbər Həsənov FİBA-nın bayrağı altında keçirilən beynəlxalq yarışlarda son dəfə baş hakim kimi meydana çıxacaq.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.

O, Gürcüstanda təşkil olunan 16 yaşadək oğlanlar arasında Avropa Çempionatının Sloveniya və İtaliya yığmaları arasında 3-cü yer uğrunda keçiriləcək oyunu idarə edəcək.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.