“Fənər” çempion oldu - TARİXDƏ 39-CU DƏFƏ
22.09.2026 - 23:53
“Fənər” çempion oldu - TARİXDƏ 39-CU DƏFƏ

Türkiyədə basketbol üzrə Prezident Kubokunun final mərhələsi keçirilib.

Apasport.az xəbər verir ki, həlledici matçda “Fənərbaxça Tarfin” və “Beşiktaş” komandaları üz-üzə gəlib.

Gərgin keçən matçda “sarı-lacivərdlilər” 72:59 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, bu qələbə ilə “Fənərbaxça Tarfin” Prezident Kubokunu tarixində 39-cu dəfə muzeyinə aparıb.