"Gəncə" daha bir oyunçunun keçidini həll edib
06.10.2025 - 16:10
"Gəncə" daha bir oyunçunun keçidini həll edib

"Gəncə" daha bir basketbolçunun keçidini həll edib.

Apasport.az xəbər verir ki, komanda Nazar Quliyevi heyətinə cəlb edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı oyunçu ilə mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Nazar Quliyevin son klubu "Naxçıvan" olub.