Hakimimiz Avropa Çempionatında əsas fit sahibi olacaq
13.08.2025 - 13:11
Hakimimiz Avropa Çempionatında əsas fit sahibi olacaq

Bu gün Gürcüstanda basketbol üzrə 16 yaşadək oğlanlar arasında Avropa çempionatının A divizionunda 1/4 final mərhələsi start götürəcək.

Apasport.az xəbər verir ki, beynəlxalq dərəcəli hakimimiz Ələkbər Həsənovun yarışın önəmli oyunlarından birini idarə edəcək.

O, Sloveniya – Latviya matçında baş hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 18:30-da baş tutacaq.