"Lənkəran"dan növbəti transfer
15.09.2025 - 12:54

"Lənkəran" Azərbaycan millisinin daha bir basketbolçusunu heyətinə qatıb.
Apasport.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Söhbət U-18 millimizin şərəfini qorumuş və hazırda U-20-nin üzvü olan Hüseyn Əsgərlidən gedir.
Qeyd edək ki, basketbolçu bundan əvvəl Azərbaycan Basketbol Liqasında "Sərhədçi" və "Şəki" komandalarının formasını geyinib.
0
0