Milli komandamız Çinlə üz-üzə
13.07.2025 - 11:18
Milli komandamız Çinlə üz-üzə

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Seriyasının Buxarest mərhələsində növbəti oyununa bu gün çıxacaq.

Apasport.az xəbər verir ki, yığma 1/4 finalda Çin seçməsi ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə 18:50-də start götürəcək.

Azərbaycan millisi daha əvvəl turnirdə "Tsukuba" (Yaponiya) komandasını 21:10 hesabı ilə üstələyib. Yığma ardınca İsveçrə təmsilçisi "Lozanna"ya şans verməyib - 21:11. Komanda əsas mərhələnin C qrupunda Ukrayna (21:20) və Sinqapura (22:10) da qalib gəlib.