Millimiz 1/4 finalda
23.08.2025 - 22:52
Millimiz 1/4 finalda

Bu gün Bakıda 3x3 basketbolu üzrə Dünya Qadın Seriyası çərçivəsində Səbail mərhələsi start götürüb.

Apasport.az xəbər verir ki, Fəvvarələr Meydanında baş tutan yarışda Azərbaycan millisi qrupda ikinci yeri tutub.

B qrupunda yer alan basketbolçularımız ilk görüşdə Çexiya (15:17) uduzsalar da, Filippinə qalib gəliblər. 21:14 hesabı ilə üstün olan komandamız ikinci yeri tutaraq, 1/4 finala yüksəlib.

Dünya Qadın Seriyası
Səbail mərhələsi
23 avqust

18:30. Çexiya – Azərbaycan - 17:15
20:10. Azərbaycan – Filippin - 21:14