Millimiz beynəlxalq turnirdə ardıcıl 3-cü qələbəsini qazanıb
20.06.2025 - 14:31
Millimiz beynəlxalq turnirdə ardıcıl 3-cü qələbəsini qazanıb

Azərbaycanın oğlanlardan ibarət U-14 millisi Qazaxıstanın Atrau şəhərində təşkil olunmuş "Airom Cup" beynəlxalq basketbol turnirinində 3-cü oyununu keçirib.

Apasport.az xəbər verir ki, yığma bu dəfə Qazaxıstanın "Airom" klubu ilə qarşılaşıb.

Oyun Azərbaycan təmsilçisinin 89:32 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-14 seçməmiz turnirdə ardıcıl 3-cü qələbəsini qazanıb.