Millimiz bürünc medala sahib çıxdı
28.06.2025 - 16:29
Millimiz bürünc medala sahib çıxdı

Azərbaycanın 16 yaşadək oğlan basketbolçulardan ibarət milli komandası "Airom Cup" beynəlxalq turnirində mübarizə aparıb.

Apasport.az xəbər verir ki, yığmamız Qazaxıstanın Atırau şəhərində təşkil olunan yarışı bürünc medalla başa vurub.

Basketbolçularımız 2 qələbə qazandığı halda, 2-də uduzublar.

"Airom Cup"
Azərbaycan - "Barsy Atırau" - 54:72
Azərbaycan - "Auyl Sport" - 60:33
Azərbaycan - "Keepers" - 71:16
Azərbaycan - "Kutaisi" - 58:51