Millimiz Niderlanda məğlub olub
22.08.2025 - 23:53

16 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının B divizionunda ikinci oyununu keçirib.
Apasport.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində təşkil olunan turnirdə yığmamızın rəqibi Niderland seçməsi olub.
Görüş komandamızın 49:81 hesablı qələbəsi ilə yekunlaşıb. İlk görüşdə İsveçə (57:84) uduzan millimiz qrupda sonuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan yığmasının növbəti rəqibi sabah Slovakiya olacaq.
0
0