"Neftçi" Rumıniyadan Vətənə qayıdıb
19.09.2025 - 22:25
FIBA Avropa Kubokunda mübarizə aparacaq "Neftçi" basketbol komandası iki həftəlik təlim-məşq toplanışından sonra Rumıniyadan Bakıya qayıdıb.
Apasport.az xəbər verir ki, sentyabrın 4-də adıçəkilən ölkəyə yollanan "ağ-qaralar" hazırlıq çərçivəsində 6 yoxlama oyunu keçirib.
Komanda iki dəfə yerli "Korona Braşov"la, həmçinin "CSU Sibiu", "Tırqu Jiu", "Arqes Pitesti" və "Styaua" kollektivləri ilə üz-üzə gəlib.
Qeyd edək ki, "Neftçi" FIBA Avropa Kubokunun I qrupunda "Kalev/Kramo" (Estoniya), "Bursaspor" (Türkiyə) və "Trefl" (Polşa) klubları ilə mübarizə aparacaq.
- "Sabah"ın basketbolçusu Çempionlar Liqasının rəmzi komandasına seçilib
- "Sabah"ın U-18 komandası Çempionlar Liqasındakı sonuncu oyununda qələbə qazanıb
- “Sabah” Çempionlar Liqasında məğlub oldu
- “Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazandı
- Basketbol Liqasında 1/4 final oyunlarının təqvimi açıqlandı
0
0