“Neftçi”nin oyununun vaxtı dəyişdirildi
03.01.2025 - 18:24

Azərbaycan Basketbol Liqasında X turunun təqvimində dəyişiklik olub.
Apasport.az xəbər verir ki, yeni ilin ilk turunun ikinci matçı nəzərdə tutulduğundan 1 gün tez olacaq.
“Abşeron” “Neftçi”ni yanvarın 9-da qəbul edəcək. Abşeron OİK-də təşkil olunacaq görüş saat 19:00-da başlayacaq.
Qeyd edək ki, ABL-də fasilə yanvarın 8-də başa çatacaq. Həmin gün 1 qarşılaşma baş tutacaq. Tura yanvarın 12-də yekun vurulacaq.
- "Neftçi"nin Avropa Kubokundakı rəqibləri bəlli olub
- Emin Əmrullayev Türkiyənin tanınmış basketbol klubunun prezidenti ilə görüşüb - FOTO
- Millimiz Küveyt yığmasına məğlub olub
- Qadınlardan ibarət 3x3 millimizin Avropa Kubokundakı rəqibləri bəlli olub
- 3x3 basketbol üzrə Dünya Qadın Seriyasında Sumqayıt mərhələsinin iştirakçıları bəlli olub
0
0