"Sabah" Almaniya klubuna məğlub olub
15.10.2025 - 22:41
"Sabah" basketbol klubu FIBA Çempionlar Liqasının əsas mərhələsində növbəti matçına çıxıb.
Apasport.az xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv Bakıda "Alba" (Almaniya) ilə üz-üzə gəlib.
Milli Gimnastika Arenasında baş tutan oyun rəqibin 85:76 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, B qrupunda yer alan Bakı klubu ilk görüşdə Çexiya təmsilçisi "Nimburk"a 65:93 hesabı ilə məğlub olub. Komanda növbəti matçını oktyabrın 29-da səfərdə Fransa təmsilçisi "Elan"a qarşı keçirəcək.
- "Sabah"ın basketbolçusu Çempionlar Liqasının rəmzi komandasına seçilib
- "Sabah"ın U-18 komandası Çempionlar Liqasındakı sonuncu oyununda qələbə qazanıb
- “Sabah” Çempionlar Liqasında məğlub oldu
- “Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazandı
- Basketbol Liqasında 1/4 final oyunlarının təqvimi açıqlandı
0
0