Yığmamız Dünya Seriyasının yarımfinal mərhələsində
13.07.2025 - 19:54
Yığmamız Dünya Seriyasının yarımfinal mərhələsində

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Seriyasının Buxarest mərhələsində bu gün növbəti oyununa çıxıb.

Apasport.az xəbər verir ki, 1/4 finalda Çin millisi ilə qarşılaşan komandamız 21:17 hesabı ilə qalib gəlib.

Yarımfinalda qızlarımızın rəqibi yerli "Rapid Buxarest" komandasıdır.

Dünya Qadın Seriyası
18:50. Azərbaycan – Çin 21:17

Qeyd edək ki, basketbolçularımız ilkin qrup mərhələsində "Tsukuba"ya (Yaponiya) 21:10, "Lozanna"ya (İsveçrə) 21:11 hesabı ilə qalib gəlib. Əsas mərhələnin C qrupunda isə Ukrayna (21:20) və Sinqapuru (22:10) məğlub ediblər.