Çempionlar Liqasının 1/4 final mərhələsinin "Bavariya" - "Real Madrid" matçı Arda Güler üçün əlamətdar olub.
Apasport.az xəbər verir ki, türk futbolçu 1-ci dəqiqədə vurduğu qolla "Real Madrid" tarixinə düşüb.
Madrid klubunun Çempionlar Liqası tarixində vurduğu ən erkən qola imza atan Arda adını klub tarixinə yazdırıb. O, bundan əlavə ilk hissənin sonlarında cərimə zərbəsindən daha bir baxımlı qola imza atıb.
Arda Güler həmçinin Çempionlar Liqasının dörddə bir final mərhələsində dubl edən ilk türkiyəli futbolçu olub.
Hazırda ikinci hissəsi davam edən matçda "Real Madrid" 3:2 hesabı ilə öndədir.
- Avropa Liqası: “Sosyedad” və “Benfika”dan darmadağın - YENİLƏNİB
- AL: İstanbulda qalib müəyyənləşmədi – YENİLƏNİB
- KL: "Trabzonspor" Şotlandiya klubunu məğlub etdi - YENİLƏNİB
- Fəridə Lüftəliyeva UEFA tərəfindən təyinat alıb
- Azərbaycan və Özbəkistanda təşkil olunacaq FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib