Avropa Liqası: "Sabah"a Sloveniyadan rəqib, "Legiya" "Aktobe" ilə qarşılaşacaq - YENİLƏNİB
17.06.2025 - 17:12
Avropa Liqası: "Sabah"a Sloveniyadan rəqib, "Legiya" "Aktobe" ilə qarşılaşacaq - YENİLƏNİB

Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin püşkü atılır.

Apasport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan təmsilçisi “Sabah"ın da rəqibi bəlli olub.

Püşkatma mərasimi Bakı vaxtı ilə saat 17:00-da başlayıb.

Avropa Liqası
I təsnifat mərhələsi
"Şaxtyor" (Donetsk, Ukrayna) - "İlves" (Finlandiya)
“Şerif” (Moldova) - "Priştina" (Kosovo)
"Spartak" (Trnava, Slovakiya) - "Hakken" (İsveç)
"Sabah" (Azərbaycan) - "Selye" (Sloveniya)
“Legiya” (Polşa) - "Aktobe" (Qazaxıstan)
"Levski" (Sofiya, Bolqarıstan) - "Aktobe" (Qazaxıstan)
AEK (Larnaka, Kipr) - “Partizan” (Serbiya)
"Paksi" (Macarıstan) - ÇFR (Rumıniya)

Qeyd edək ki, "Sabah" UEFA Avropa Liqasının I təsnifat mərhələsində ilk oyununu iyulun 10-da evdə, cavab görüşünü isə ayın 17-də səfərdə keçirəcək.