Azərbaycan millisi Almaniya ilə bacarmadı
11.11.2026 - 16:08
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsinə ağır məğlubiyyətlə başlayıb.
Apasport.az xəbər verir ki, Emin Mustafayevin rəhbərlik etdiyi komanda ilk turda Almaniya yığması ilə üz-üzə gəlib.
Səfərdə keçirilən qarşılaşma meydan sahiblərinin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan millisi 2026/2027 mövsümü üzrə Avropa çempionatının I seçmə raundunda növbəti oyununu noyabrın 14-də Şimali İrlandiyaya qarşı keçirəcək.
0
0