ÇL: Həftənin futbolçusu bəlli olub
16.04.2026 - 18:37
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə yekun vurulub.
Apasport.az xəbər verir ki, cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Bu ada “Bavariya”nın üzvü Maykl Olise layiq görülüb.
Fransalı vinger səsvermədə PSJ-dən Usman Dembele, “Barselona”dan Dani Olmo və “Arsenal”dan Martin Subimendini qabaqlayıb.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında keçirilən sorğu nəticəsində müəyyənləşib.
0
0