Daha bir cüdoçumuz dünya çempionatı ilə vidalaşdı - YENİLƏNİB
05.10.2026 - 12:54
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında Azərbaycan millisinin üzvləri mübarizəyə başlayıb.
Apasport.az xəbər verir ki, 66 kq çəki dərəcəsində döşək üzərinə çıxan Ruslan Paşayev isə 1/16 finalda Serdar Rahimovla (Türkmənistan) üz-üzə gəlib.
Təmsilçimiz rəqibini məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb. O, 1/8 finalda Valerio Akkolyiyə uduzaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, mundiala oktyabrın 11-də yekun vurulacaq.
0
0