DÇ-2022-də qalmaqal: Etoo azarkeşi döydü - VİDEO
06.12.2022 - 13:21
Qətərdə keçirilən DÇ-2022-də xoşagəlməz hadisə yaşanıb.
Apasport.az saytının məlumatına görə, qalmaqalın səbəbkarı Kamerun Futbol Federasiyasının prezidenti Samuel Etoo olub.
Hadisə “Barselona”nın və Kamerun millisinin sabiq hücumçusu stadionun yaxınlığında azarkeşlərlə şəkil çəkdirdiyi vaxtda baş verib. Həmin vaxt hər şeyi kameraya çəkən şəxs Etooya nə isə deyib.
Bundan qəzəblənən kamerunlu gəncin üstünə şığıyıb. Əvvəl onu itələyən futbol veteranı üzünə təpik də vurub. Etoonun əhatəsindəki şəxslərdən biri zərərçəkmişin kamerasını da əlindən alıb.
- DÇ-2026: Portuqaliya və Norveçdən darmadağın, Ukrayna pley-offda - YENİLƏNİB
- Didye Deşam: “Azərbaycan millisində əvvəlki illərlə müqayisədə irəliləyiş var”
- Millimiz Fransaya məğlub oldu - YENİLƏNİB
- DÇ-2026: Türkiyədən inamlı qələbə, İspaniyadan darmadağın - YENİLƏNİB
- Millimiz Şimali İrlandiyaya məğlub olub
0
0