DÇ-2026: İngiltərə 1/8 finalda! - YENİLƏNİB
01.07.2026 - 22:00
DÇ-2026: İngiltərə 1/8 finalda! - YENİLƏNİB

2026-cı il dünya çempionatında 1/16 final mərhələsinin oyunları davam edir.

Apasport.az xəbər verir ki, pley-offun növbəti qarşılaşmasında İngiltərə və Konqo Demokratik Respublikası milliləri üz-üzə gəlib. 

Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürüb.

Oyunda hesabı afrikalılar açıb. Brian Cipenqa 7-ci dəqiqədə fərqlənərək komandasını önə keçirib. Fasilədən sonra hücumlarının sayını artıran ingilislər Harri Keynin qolu ilə hesabı bərabərləşdiriblər. "Bavariya"nın hücumçusu 86-cı dəqiqədə yenidən sözünü deyib. O, həm özünün, həm də komandasının ikinci qolunu vuraraq İngiltərəyə 2:1 hesablı qələbə və 1/8 finala vəsiqə qazandırıb.

DÇ-2026
1/16 final
1 iyul
20:00. İngiltərə – Konqo Demokratik Respublikası 2:1

Qol: Cipenga, 7, Keyn, 75, 86

İngiltərə: 1. Cordan Pikford, 2. Ezri Konsa, 3. Niko Orayli, 6. Mark Qehi, 25. Ced Spens, 4. Deklan Rays, 8. Elliot Anderson, 10. Cud Bellingem, 11. Markus Reşford, 20. Noni Madueke, 9. Harri Keyn (k)

Ehtiyat oyunçular: 13. Din Henderson, 23. Ceyms Trafford, 5. Con Stounz, 12. Trevo Çaloba, 15. Den Börn, 24. Ris Ceyms, 26. Carel Kuansa, 14. Cordan Henderson, 16. Kobbi Meynu, 17. Morqan Rocers, 21. Ebereçi Eze, 7. Bukayo Saka, 18. Entoni Qordon, 19. Olli Uotkins, 22. Ayven Toni

Baş məşqçi: Tomas Tuxel

Konqo Demokratik Respublikası: 1. Lionel Mpasi, 2. Aron Van-Bissaka, 4. Aksel Tuanzebe, 22. Şansel Mbembe (k), 26. Artur Masuaku, 6. Nqalayel Mukau, 7. Natanael Mbuku, 8. Samuel Motussami, 14. Noa Sadiki, 9. Brian Cipenqa, 20. Yoane Vissa

Ehtiyat oyunçular: 16. Timoti Fayulu, 21. Mattyö Epolo, 3. Stiv Kapuadi, 5. Dilan Batubinsika, 12. Coris Kayembe, 24. Jedeon Kalulu, 10. Teo Bonqonda, 15. Aaron Tşibola, 18. Şarl Pikel, 25. Edo Kayembe, 11. Qael Kakuta, 13. Meşak Elia, 17. Sedrik Bakambu, 19. Fiston Mayele, 23. Simon Banza

Baş məşqçi: Sebastyen Desabre