Azərbaycan - Lixtenşteyn oyununun hakimləri bəlli olub
29.09.2026 - 12:17
UEFA Millətlər Liqasında keçiriləcək Azərbaycan - Lixtenşteyn oyununun hakimləri bəlli olub.
Apasport.az xəbər verir ki, D Liqasında 2-ci qrupun qarşılaşması Avstriyadan olan ədalət təmsilçilərinə tapşırılıb.
FIFA referisi Kristian Petru Cioçircaya həmyerliləri Maksimilian Veys və Mihael Obritzberger kömək göstərəcək. Dördüncü hakim funksiyasını Safak Barmaksız yerinə yetirəcək.
VAR-da Manuel Şuettengruber, AVAR-da Alexander Harkam əyləşəcəklər.
Xatırladaq ki, Azərbaycan - Lixtenşteyn oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək.
0
0