DÇ-2027: Millimiz Macarıstanla qarşılaşacaq
07.03.2026 - 11:17
DÇ-2027: Millimiz Macarıstanla qarşılaşacaq

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün dünya çempionatı – 2027-nin seçmə mərhələsində ikinci oyununu keçirəcək.

Apasport.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan millimiz Macarıstan yığması ilə qarşılaşacaq.

Felksut şəhərindəki “Panço Arena”da təşkil olunacaq görüşü Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.

Bakı vaxtı ilə Saat 17:30-da başlanacaq matç “İdman TV” vasitəsilə canlı yayımlanacaq.

DÇ-2027, seçmə mərhələ
II tur

17:30. Macarıstan (Qadınlar) - Azərbaycan (Qadınlar)
“Panço Arena”
Baş hakim: 
Filipa Pereyra Kunya
Baş hakimin köməkçiləri: Andreya Souza, Kristiana Moreyra Kosta
Dördüncü hakim: Sara Alves
(Hakimlər briqadası Portuqaliyadandır)