“Liverpul”da ciddi itki
07.10.2026 - 22:37
“Liverpul”da ciddi itki

"Liverpul"un heyətində itki baş verib.

Apasport.az xəbər verir ki, Jeremi jake sıradan çıxıb.

21 yaşlı futbolçu Fransa milli komandasının düşərgəsində zədələnib. O, ayaq əzələsindən xəsarət alıb.

Gənc mərkəz müdafiəçisi təxminən 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "Liverpul" Jakeni "Renn"dən 63,6 milyon avroya transfer edib.