DÇ-26: Belçika İranla bacarmadı - YENİLƏNİB
22.06.2026 - 01:00
DÇ-26: Belçika İranla bacarmadı - YENİLƏNİB

2026-cı il dünya çempionatında G qrupunun II tur oyunları davam edir.

Apasport.az xəbər verir ki, Belçika millisi İranla qarşılaşıb. 

Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayıb. 

Matçın ilk hissəsi qolsuz bərabərliklə yekunlaşıb. 

İkinci hissə qarşılıqlı hücumlar şəraitində keçib. Buna baxmayaraq, hücumlar məntiqli sonluqla bitməyib və matç 0:0 bərabərliklə başa çatıb: 0:0.

Xatırladaq ki, hər iki komanda mundiala heç-heçə ilə start verib. Belçika ilk turda Misirlə 1:1, İran isə Yeni Zelandiya ilə 2:2 hesablı heç-heçə edib.

Qeyd edək ki, G qrupunun digər oyununda Yeni Zelandiya Misirlə üz-üzə gələcək.

Dünya çempionatı
G qrupu, II tur
21 iyun

23:00. Belçika – İran 0:0

Qırmızı vərəqə: Nqoy, 66

Belçika: Kurtua, Munye, Nqoy, Mexele, De Kuyper, Raskin, Tilemans, Salemakers, De Brüyne, Trossard, Lukak.

İran: Beyranvand, Hardani, Kənani, Xəlilzadə, Nemati, Hacı-Səfi, Mohebi, Ezatollahi, Qoddos, Rzaeian, Taremi