Azərbaycanlı UFC döyüşçüsü Fərman Həsənov iyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək "UFC Fight Night: Fiziev vs. Torres" turniri ərəfəsində hazırlıq prosesi ilə bağlı fikirlərini bölüşərək azarkeşlərə çağırış edib.
Apasport.az xəbər verir ki, bunu Bakı Şəhər Halqasının mətbuat xidməti açıqlayıb.
“UFC mənim üçün hər zaman həm məqsəd, həm də arzu olub. Bu gün artıq dünyanın ən güclü təşkilatında çıxış edirəm. Amma mənim üçün bu hələ yolun başlanğıcıdır. UFC-də məqsədim özümü ən yüksək səviyyədə sübut etmək, ardıcıl qələbələr qazanmaq və titul uğrunda döyüşməkdir. Özümü heç bir rəqibdən zəif hesab etmirəm və hər döyüşə qalib gəlmək niyyəti ilə çıxıram. UFC turnirinin Bakıda təşkil olunması ölkəmiz üçün çox böyük hadisədir. Dünyanın diqqəti həmin gün Azərbaycanda olacaq və bu tarixi turnirin bir hissəsi olmaq mənim üçün böyük qürurdur", - deyə idmançı qeyd edib.
O, doğma azarkeşlər qarşısında döyüşməyin ona daha yüksək motivasiya verəcəyini bildirib: "Əlbəttə, məsuliyyət də böyükdür. Ancaq mən bunu təzyiq kimi yox, əlavə stimul kimi qəbul edirəm. Arenada minlərlə insanın dəstəyini hiss etmək hər bir döyüşçü üçün xüsusi hissdir. Bütün azarkeşləri iyunun 27-də Milli Gimnastika Arenasına möhtəşəm UFC gecəsinin canlı şahidi olmağa, həmyerlilərimizi dəstəkləməyə dəvət edirəm”.
Qeyd edək ki, UFC FIGHT NIGHT: Fiziev vs Torres turniri 27 iyun tarixində Milli Gimnastika Arenasında baş tutacaq. Yüngül çəki dərəcəsində təmsilçimiz Rafael Fiziev və Manuel Torres oktaqonda üz-üzə gələcəklər. Fərman Həsənovun rəqibi ABŞ-lı Erik Nolan olacaq.
- Bakıda keçiriləcək UFC turnirinə 70-ə yaxın ölkədən azarkeşlər gələcək
- Nazim Sadıxov artıq Bakıda: “Yenidən tarix yazmağa hazıram”
- Topuriyanı taxtdan salan adam: Castin Qetji Ağ Evdə çempion!
- Ağ Evdə şok nokaut – Qan Pereyranı taxtdan saldı
- Topuria Qetciyə hədə-qorxu gəldi: “Onu məhv edəcəm və atasına yaxınlaşıb...”