DÇ-26: Braziliya Norveçə qarşı - YENİLƏNİR
06.07.2026 - 00:18
DÇ-26: Braziliya Norveçə qarşı  - YENİLƏNİR

2026-cı il dünya çempionatında 1/8 final mərhələsinin oyunları davam edir.

Apasport.az xəbər verir ki, pley-offun növbəti qarşılaşmasında Braziliya və Norveç milliləri üz-üzə gəlir. 

Görüş Bakı vaxtı ilə saat 00:00-da start götürüb. 

Oyunun 14-cü dəqiqəsində Norveçin qapısına 11 metrlik cərimə zərbəsi təyin olunub. Topun arxasına keçən Bruno Gimarayeş fürsətdən yararlana bilməyib. Yarımmüdafiəçinin zərbəsini Norveçin qolkiperi Nyulan dəf edib. 

Qeyd edək ki, oyunun qalibi 1/4 finalda Meksika - İngiltərə cütünün qalibi ilə qarşılaşacaq.

DÇ-2026
1/8 final
6 iyul

00:00. Braziliya – Norveç 0:0

Uğursuz penalti: B. Gimarayeş (14)

Braziliya: Alisson, Danilo, Markinyos, Qabriel, Duqlas Santos, Rayan, Bruno Gimarayeş, Kazemiro, Martinelli, Mateus Kunya, Vinisius Junior

Norveç: Nyulan, Volfe, Lysaker Heggem, Ayer, Ryerson, Berq, Berge, Odeqor, Nusa, Haland, Sörlot