
"Betis"in yarımmüdafiəçisi İsko uzun müddət sonra ilk dəfə İspaniya millisində şans tapıb.
Apasport.az xəbər verir ki, 33 yaşlı futbolçu Millətlər Liqasının Portuqaliya ilə final matçının 74-cü dəqiqəsində Pedrini əvəzləyib.
Bu, 2019-cu ildən bəri İskonun İspaniya millisinin heyətində meydana ilk çıxışıdır.
Portuqaliya ilə görüş İskonun İspaniya yığmasında çıxış etdiyi 39-cu qarşılaşma olub. Onun debütü 2013-cü ilin fevralında Visente del Boskenin rəhbərliyi altında baş tutub.
Qeyd edək ki, Millətlər Liqasının finalında Portuqaliya İspaniya millisini penaltilər seriyasında məğlub edib.