Konfrans Liqası: "Neftçi"nin həsrəti başa çatır - YENİLƏNİR
17.06.2026 - 11:52
Konfrans Liqası: "Neftçi"nin həsrəti başa çatır - YENİLƏNİR

Bu gün UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Apasport.az xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında baş tutacaq.

Püşkatma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. 

Püşkatmada Azərbaycan təmsilçisi “Neftçi”nin də rəqibi müəyyənləşəcək. "Ağ-qaralar"ın potensial rəqibləri "Lüdoqorets", "Rakov", "Apollon", "Dinamo Siti" - "Sileks" cütünün qalibi və "Dinamo Minsk" - "Astana" cütünün qalibidir.

Həmçinin I təsnifat mərhələsində Gürcüstanın “Torpedo” klubu ilə qarşılaşacaq “Zirə”nin növbəti raunddakı potensial rəqibi bilinəcək. "Qartallar" AEK, ÇFR, "Spartak Trnava" və ya "Hegelmann" - "Payde" cütünün qalibi ilə rəqib olacaq.

Bundan başqa, UEFA Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Vestri” duelinin məğlubunun Konfrans Liqasında hansı komanda ilə üz-üzə gələcəyi də bəlli olacaq.

Qeyd edək ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları iyulun 23-də, cavab qarşılaşmaları isə iyulun 30-da keçiriləcək. UEFA oyunların dəqiq tarix və başlama saatlarının püşkatmadan sonra açıqlanacağını bildirib.