"Liverpul" - "Qalatasaray" matçının hakimləri bəlli oldu
16.03.2026 - 16:18
"Liverpul" - "Qalatasaray" matçının hakimləri bəlli oldu

Çempionlar Liqasının 1/8 final mərhələsinin “Liverpul” – “Qalatasaray” matçının hakim təyinatları açıqlanıb.

Apasport.az xəbər verir ki, oyunu Polşadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Şimon Marçinyak olacaq. Ona yan xətt hakimləri Tomas Listkiviç və Adam Kupsik kömək edəcəklər. Dördüncü hakim funksiyasını Pavel Raçkovski yerinə yetirəcək.

Qeyd edək ki, ilk oyunda “Qalatasaray” qələbə qazanıb – 1:0. Cavab görüşü martın 19-da Liverpulda keçiriləcək.