Millimiz Andorraya qalib gəldi - YENİLƏNİB
14.04.2026 - 22:54
Millimiz Andorraya qalib gəldi - YENİLƏNİB

Bu gün qadın futbolçulardan ibarət Azərbaycan milli komandası DÇ-2027-nin seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb.

Apasport.az xəbər verir ki, Siyasət Əsgərovun yetirmələri C Liqasının 3-cü qrupu çərçivəsində Andorra ilə üz-üzə gəlib.

Qarşılaşmaya Bakı vaxtı ilə 21:00-da start verilib.

Görüş yığmamızın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, hazırda millimiz 6 xalla 2-ci pillədə yer alıb. Şimali Makedoniya 3 xalla 3-cü, Andorra 1 xalla sonuncudur.

21:00 Andorra - Azərbaycan (Qadınlar) 1:3
Milli stadion, Andorra 
Baş hakim: Kristina Kozoroq (Ukrayna)