Arda Gülər daha 6 il "Real"da – Maaşı artırıldı
05.10.2026 - 18:19
Arda Gülər daha 6 il "Real"da – Maaşı artırıldı

“Real” Türkiyə millisinin futbolçusu Arda Gülərlə yeni müqavilə imzalayıb.

Apasport.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Madrid təmsilçisi 21 yaşlı yarımmüdafiəçinin sözləşməsinin müddətini 2032-ci ilin yayına qədər uzadıb.

Yeni müqavilə ilə Ardanın maaşı da artırılıb.

Ardanın əvvəlki müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədə idi.

Qeyd edək ki, Arda Gülər 2023-cü ildə “Fənərbaxça”dan “Real”a keçib.

Onun bazar dəyəri son yeniləmədən sonra 100 milyon avroya yüksəlib və Arda bu göstəriciyə çatan ilk türkiyəli futbolçu olub.