Fransaya fərqi 2-yə yüksəltdi - YENİLƏNİR
11.10.2025 - 00:13
Fransaya fərqi 2-yə yüksəltdi - YENİLƏNİR

Bu gün Azərbaycan milli komandası DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyununa çıxacaq.

Apasport.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi yığmamız D qrupunda səfərdə Fransa ilə qarşılaşacaq.

“Park de Prens” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Norveçdən olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

DÇ-2026
Seçmə mərhələ, III tur

22:45. Fransa – Azərbaycan 2:0
“Park de Prens”, Paris

Baş hakim: Rohit Saqqi
Baş hakimin köməkçiləri: Yorgen Ronninq Valstadsve, Ole Andreas Haukasen
Dördüncü hakim: Daniel Higraff
VAR: Tom Harald Hagen
AVAR: Siqurd Krinqstad

Fransa: 16. Mayk Menyan, 2. Malo Qusto, 17. Vailliam Saliba, 4. Dayo Upamekano, 22. Teo Ernandes, 21. Kepren Türam, 14. Ardien Rabyo, 11. Maykl Olise, 7. Kinqsli Koman, 9. Uqo Ekitike, 10. Kilian Mbappe (k).

Baş məşqçi: Didye Deşam

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 5. Anton Krivotsyuk, 4. Bəhlul Mustafazadə, 14. Elvin Bədəlov, 21. Qismət Alıyev, 11. Rüstəm Əhmədzadə, 8. Emin Mahmudov, 15. Abdulah Xaybulayev, 7. Toral Bayramov, 10. Mahir Emreli

Baş məşqçi: Ayxan Abbasov