"Qarabağ" - "Ferentsvaroş" matçının hakimləri bəlli olub
25.08.2025 - 12:24
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) oyununun hakimləri bəlli olub.
Apasport.az xəbər verir ki, Bakıda keçiriləcək cavab görüşünü Fransadan olan hakimlər briqadası idarə edəcək.
Qarşılaşmada baş hakim Kleman Tyurpenə Nikolya Danos və Aleksis Auqer kömək edəcəklər.
Romen Lissorq isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Ferensvaroş” görüşü saat 20:45-də başlayacaq.
- Avropa Liqası: III turda 18 oyun - YENİLƏNİR
- AL: “Beşiktaş” İngiltərə klubuna qarşı – YENİLƏNİR
- Çempionlar Liqası: Münhendə qalib müəyyənləşmədi - YENİLƏNİB
- FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi təşkil olunacaq
- ÇL: “Barsa” PSJ-yə məğlub oldu - YENİLƏNİB
0
0