“Sabah”dan yeni transfer
22.10.2026 - 18:17
“Sabah”dan yeni transfer

“Sabah” heyətini basketbolçu Orxan Aydın Hacıyevlə gücləndirib.

Apasport.az xəbər verir ki, bu barədə basketbolçunun sabiq klubu “Mersinspor” məlumat yayıb.

Komandanın kapitanı karyerasını Azərbaycan təmsilçisində davam etdirəcək.

Klub rəhbərliyi onun göstərdiyi mübarizəyə, liderlik keyfiyyətlərinə və komandaya verdiyi töhfəyə görə təşəkkür edib, karyerasının növbəti mərhələsində uğurlar arzulayıb. 

Qeyd edək ki, bu məlumatı basketbolçunun agenti də təsdiqləyib.