Bu gün qadın futbolçulardan ibarət Azərbaycan yığması dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq.
Apasport.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan Siyasət Əsgərovun komandası Macarıstanla qarşılaşacaq.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək matç saat 18:00-da başlayacaq.
Azərbaycan millisi hazırda qrupda 9 xalla 2-ci, Macarıstan yığması isə 10 xalla 1-ci pillədə qərarlaşıb. Təmsilçilərimiz bu görüşdə qələbə qazanarsa, qrup lideri olacaq. Bu isə dünya çempionatının qapısını aralamaq deməkdir.
Qeyd edək ki, qrupun digər matçında Andorra Şimali Makedoniyanı qəbul edəcək.
5 iyun
Dünya çempionatının seçmə mərhələsi
C Liqası, 3-cü qrup
18:00. Azərbaycan – Macarıstan
Baş hakim: Vanya Yankoviç (Sloveniya)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.