Salahdan tarixi rekord: MİSİRİN ƏN YAŞLISI
22.06.2026 - 10:10
Salahdan tarixi rekord: MİSİRİN ƏN YAŞLISI

Məhəmməd Salah Misir millisinin tarixinə düşüb.

Apasport.az xəbər verir ki, təcrübəli hücumçu yığmanın tarixində qol vuran ən yaşlı futbolçu olub.

O, DÇ-2026-nın qrup mərhələsinin II turunda Yeni Zelandiya ilə matçda fərqlənib.

Salah 34 yaş 6 günlüyündə rəqib qapısına yol taparaq Maqdi Abdelqaninin rekordunu yeniləyib.

Qeyd edək ki, Abdelqani 1990-cı ildə Niderland millisi ilə qarşılaşmada qol vurarkən 30 yaş 320 günlük idi.