Tarixi gün: “Sabah” Mançester səfərində - YENİLƏNİR
10.09.2026 - 09:14
Tarixi gün: “Sabah” Mançester səfərində - YENİLƏNİR

UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edən “Sabah” liqa mərhələsində bu gün ilk oyununa çıxacaq.

Apasport.az xəbər verir ki, "bayquşlar" səfərdə “Mançester Yunayted”lə üz-üzə gələcək.

Tarixində ilk dəfə qitənin ən nüfuzlu futbol turnirində çıxış edəcək Valdas Dambrauskasın yetirmələri çətin səfərdən xal və ya xallarla qayıtmaq istəyir.

“Old Trafford”da baş tutacaq görüşə saat 23:00-da start veriləcək.

Matçı fransalı Villi Delaju idarə edəcək.

UEFA Çempionlar Liqası
Əsas mərhələ, I tur

23:00. "Mançester Yunayted" – "Sabah"
Baş hakim: Villi Delaju