Türkiyə - Macarıstan matçının hakimləri bəlli oldu
18.03.2025 - 17:08

UEFA Millətlər Liqasında pley-off mərhələsinin oyunları keçiriləcək.
Apasport.az xəbər verir ki, Türkiyə yığması Macarıstanla qarşılaşacaq.
Tərəflər arasında baş tutacaq ilk matçın hakimləri bəlli olub. Bunu UEFA-nın mətbuat xidməti açıqlayıb.
"Rams Park"da keçiriləcək görüşü slovakiyalı hakimlər briqadası idarə edəcək. Qarşılaşma referi İvan Kruzlyaka həvalə olunub. Ona həmyerliləri Branislav Qanço və Yan Pozor kömək edəcəklər. Dördüncü hakim isə Peter Kraloviç olacaq.
Qeyd edək ki, Türkiyə - Macarıstan oyunu martın 20-də İstanbulda baş tutacaq.
- Okan Buruk: “Hakimin əleyhimizə verdiyi qərarlar çox oldu”
- ÇL: "Napoli" səfərdə, “Nyukasl” evdə məğlub oldu - YENİLƏNİB
- "Ayntraxt" “Qalatasaray”ı darmadağın etdi - YENİLƏNİB
- Aqil Nəbiyevin yetirmələri Monteneqroya qalib gəlib
- "Kayrat"ın baş məşqçisi: "Qarabağ" "Benfika" ilə oyunda hər şeyin mümkün olduğunu sübut etdi"
1
0