Yeni Zelandiya millisinin dünya çempionatlarında davam edən heç-heçə seriyası başa çatıb.
Apasport.az xəbər verir ki, komanda DÇ-2026-nın G qrupunun II turunda Misirə 1:3 hesabı ilə uduzub.
Bununla da Yeni Zelandiya mundiallardakı ardıcıl heç-heçə seriyasını davam etdirə bilməyib.
Komanda buna qədər dünya çempionatlarında keçirdiyi 4 oyunda meydanı bərabərliklə tərk etmişdi.
Yeni Zelandiyalılar bu göstəricidə Belçika millisinin rekorduna yaxınlaşsa da, onu təkrarlaya bilməyiblər. Dünya çempionatlarında ardıcıl heç-heçə üzrə rekord Belçikaya məxsusdur – 5 oyun.
Qeyd edək ki, DÇ-2026-nın qrup mərhələsi iyunun 11-dən 27-dək davam edəcək.