Azərbaycan çempionatında 7 çəki üzrə yarımfinalçılar bəlli olub
18.12.2024 - 10:58

Kişi boksçular arasında Azərbaycan çempionatında 1/4 final mərhələsinin döyüşlərinə start verilib.
Apasport.az xəbər verir ki, 41 komandanın qatıldığı yarışın üçüncü günündə 7 çəki dərəcəsində yarımfinalçıların adlarına aydınlıq gəlib.
Qələbə qazananlar mərhələ adlamaqla yanaşı, özləri üçün ən azı bürünc medalı da təmin ediblər. Milli komandanın liderləri çətinlik çəkmədən yarımfinala yüksəliblər. Həsən Məlikov, Tural Sarıyev, Sərxan Əliyev, Murad Allahverdiyev və Məhəmməd Abdullayev dekabrın 19-da final üçün döyüşəcəklər.
- Səidcəmşid Cəfərov yaponiyalı boksçunu məğlub edib
- Azərbaycan boksçusu almaniyalı rəqibinə qalib gəlib
- Boksçularımız “Eurasian Dauria cup”da mübarizə aparacaqlar
- Azərbaycanın daha 2 boksçusu dünya çempionatında 1/8 finala vəsiqə qazanıb
- Boksçularımız Aktauda keçirilən beynəlxalq turnirdə 2 medal qazanıblar
0
0