Boksçumuz Olimpiadaya yollanır
04.11.2026 - 11:49
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında noyabrın 7-də boks yarışlarına start veriləcək. Seneqalda təşkil olunan Olimpiadada ölkəmizi Gülər Hüseynova təmsil edəcək.
Apasport.az xəbər verir ki, baş məşqçi İlkin Ağayevin rəhbərliyi altında yarışa qatılacaq boksçumuz 51 kq çəki dərəcəsində rinqə çıxacaq.
Oyunların mükafatçılarının adlarına noyabrın 12-də aydınlıq gələcək.
Qeyd edək ki, boksçumuz noyabrın 5-də Dakara yollanacaq.
0
0